
Parisin simvolu hesab edilən Eyfel qülləsi otel kimi fəaliyyət göstərəcək.
Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, qüllə Avropa Futbol Çempionatı zamanı otel kimi istifadə ediləcək. Belə ki, “HomeAway” icarə şirkəti qüllənin birinci mərtəbəsinin bir qisminin istifadə hüququnu alıb. Şirkət icarəyə götürdüyü sahəni Parisə xas Haussmann memarlığı üslubunda lüks mənzillərə çevirməyi planlaşdırır.
Qeyd edək ki, futbol üzrə 2016-cı il Avropa çempionatı Fransanın 10 şəhərində iyunun 10-dan iyulun 10-dək baş tutacaq.
Qaynarinfo.az