Xəbər lenti

Eyfel qülləsi türk bayrağının rənglərinə büründü - FOTO
Dünya05:27 13.06.2016

Eyfel qülləsi türk bayrağının rənglərinə büründü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 12-də Parisdəki Eyfel qülləsi Türkiyə bayrağının rənglərinə büründü. Bu barədə Trend "Haber 7" qəzetinə istinadən xəbər verir.
Fransada iyunun 10-da futbol üzrə Avropa Çempionatı start götürüb.
Qüllə hər günün son oyununun final fitindən 10 dəqiqə sonra "Twitter" sosial şəbəkəsində ən çox dəstək alan ölkənin bayrağının rənglərinə bürünür.
Yarışmanın ilk günündə ən çox səs toplayan Fransa oldu, ikinci gün isə qüllə Uels bayrağının rənglərinə büründü.
Həmçinin qüllə üzərində şar asılıb. Onun üzərində ən çox dəstək alan ölkənin bayrağı əks olunur.
Qaynarinfo.az