Xəbər lenti

Eyfel qülləsində bomba XƏBƏRİ
Dünya15:46 09.08.2013

Eyfel qülləsində bomba XƏBƏRİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Parisdə Eyfel qülləsinə bomba yerləşdirilməsi xəbəri yayılıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda məlumat polisə daxil olduqdan sonra təxliyə qərarı verilib. Nəticədə qüllədə olan turistlər oradan uzaqlaşdırılıb.

Təxliyə prosesi yerli vaxtla saat 14.00-dan sonra başlayıb. İki saat ərzində Eyfel qülləsinə giriş bağlı olub.

Qeyd edək ki, mütəxəssislər qüllədə bomba tapmayıb. Bundan sonra Eyfel qülləsinin qapıları yenidən qonaqların üzünə açılıb.

Qaynar.info