Daha yaxşı sağlamlığın sirri heç də dərman və ya həblər deyil.
Qaynarinfo.Az xəbər verir ki, Kaliforniyada yerləşən Loma Linda Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, əyləncəli videoya baxmaq stres hormonu olan koristolun səviyyəsini aşağı salır.
Merilənd Tibb Mərkəzi Universitetinin apardığı tədqiqata əsasən, daha çox yumor hissi olan və daha çox gülən insanlarda ürək xəstəlikləri digər insanlarla müqayisədə zəif inkişaf edir.
Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları isə söyləyirlər ki, sevimli komediya şounuzu izləməklə yüksək qan təzyiqinizi asanlıqla aşağı sala bilərsiniz.
Musiqi və gülüş yüksək qan təzyiqini dərhal azaldır.
Elçin Mahmud
Qaynarinfo.Az