Xəbər lenti

Eynicinslilərin evliliyinə icazə verildi
Dünya09:45 05.08.2013

Eynicinslilərin evliliyinə icazə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gündən etibarən Uruqvayda eyni cinsdən olanların evlənmək üçün müraciət etmələrinə rəsmən icazə verildi. 

Anspress-in BBC-yə istinadən verdiyi xəbərə görə, prezident Xose Muxikanın may ayında imzaladığı qanun 90 gündən sonra qüvvəyə minib. 

Argentinanın 2010-cu ildə atdığı analoji addımdan sonra, Uruqvay eynicinslilərin nigahına qanunla icazə verən ikinci Cənubi Amerika ölkəsi oldu. 

Qeyd edək ki, ilk dəfə eynicinsllilərin nigahını dəstəkləyən qanun 2001-ci ildə Niderlandda qəbul edilib. Daha sonra 2003-cü ildə Belçika, 2005-ci ildə İspaniya və Kanada, 2006-cı ildə Cənubi Afrika, 2009-cu ildə Norveç və İsveç, 2010-cu ildə Portuqaliya və İslandiya, 2012-ci ildə Danimarka, 2013-cü ildə Yeni Zelandiya və Fransada eynicinsllilərin nigahına icazə verən qanun qüvvəyə minib.

Qaynar.info