Xəbər lenti

Eynşteynin ABŞ prezidentinə məktubu 4 milyona satıldı
Dünya 10:28 11.09.2024

Eynşteynin ABŞ prezidentinə məktubu 4 milyona satıldı

Albert Eynşteynin ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə ünvanladığı məktub hərracda 3,992 milyon dollara satılıb. Məktubda müasir nəzəri fizikanın banilərindən biri nasist Almaniyasının nüvə bombası yarada biləcəyi barədə xəbərdarlıq edib. Sənədin təxmini dəyəri 4-6 milyon dollar təşkil edib.

Qaynarinfo xəbər verir ki, hərrac "Christie's" hərrac evi tərəfindən təşkil olunub.

Məktub 2 avqust 1939-cu il tarixdə iki nüsxədə yazılıb. Mətni alman dilində Albert Eynşteyn diktə edib, sonra onun tələbəsi, macar fizik Leo Silard tərəfindən ingilis dilinə tərcümə edilib. Məhz Silard həmkarları Yucin Viqner və Edvard Teller ilə birlikdə Eynşteynə müraciət edərək ABŞ prezidentini nasist Almaniyasından mümkün nüvə təhlükəsi barədə xəbərdar etmək istəyib.

Amerika prezidentinə göndərilən məktubun ilk versiyası 1945-ci ildən Nyu-Yorkda Ruzvelt Prezident Kitabxanası və Muzeyində saxlanılır. Eynşteyn tərəfindən imzalanmış ikinci, daha qısa nüsxə "Miscrosoft"un həmtəsisçisi Pol Allenin şəxsi kolleksiyasında olub. "Christie's" məktubu 2024-cü ilin iyununda hərraca çıxarmaq qərarını açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->