
Dünyanın ən yaşlı adamı 179 yaşındadır.
ANS PRESS-in məlumatına görə, Hindistanın Varanasi şəhərində yaşayan Mahaşta Murasi 2 əsrə yaxın yaşı ilə hər kəsi heyrətə gətirib. Üstəlik yaşının 179 olduğunu sübut edəcək hər cür sənədə sahibdir. 6 İyun 1835-ci il təvəllüdlü hindli 1957-ci ildə qədər çəkməçi kimi işləyib. 122 yaşında təqaüdə çıxan Murasi bu qədər çox yaşamasını maraqlı bir tərzdə ifadə edib. İki əsrlik qoca əzrailin onu unutduğunu güman edir:
"O qədər uzun yaşadım ki, nəvəmin nəvəsinin ölümünü gördüm. 150 yaşını keçən 1 kəs görmədim. Deyəsən mən ölümsüzəm".
Sağlamlıq problemləri ilə əlaqədar keçmişdə elə də ciddi bir problemi olmayan Murasinin son həkimi 1971-ci ildə vəfat edib. Hindli qoca insanlıq tarixinin ən yaşlı adamı olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Qaynar.info
