14Qərb ölkələri Ukraynanı F-16 qırıcıları ilə təmin edərsə, xarici təyyarə müşayiətçiləri Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək.
Qaynarinfo "Newsweek"ə istinadla xəbər verir ki, bunu ABŞ Kiber Komandanlığının keçmiş rəhbərinin müavini, istefada olan general-leytenant Çarli Mur
deyib.
"Sovet təyyarələrindən fərqli olaraq, F-16-ların mərkəzləşdirilmiş uçuş bazalarına ehtiyacı olacaq və bu, onları Rusiyanın zərbələri üçün arzuolunan hədəfə çevirəcək", - Mur deyib.
Onun sözlərinə görə, bu bazalarda Ukraynaya texniki xidmət göstərmək üçün Qərb və ya NATO mütəxəssisləri lazım olacaq. Mur diqqəti silahlı münaqişə qanunlarına görə, bu mütəxəssislərin Rusiya qoşunlarının hədəfinə çevriləcəyinə yönəldib.
Məqalədə o da bildirilir ki, ukraynalıların təkcə qırıcı təyyarələri idarə etməyi deyil, həm də onlardan səmərəli istifadə etməyi öyrənməsi üçün nə qədər vaxt lazım olacağı hələ aydın deyil.
İyulun 4-də NATO hərbi komitəsinin rəhbəri admiral Rob Bauer LBC radiostansiyasına müsahibəsində əks-hücum tamamlanana qədər Ukraynanın F-16 qırıcılarını qəbul etməyəcəyini bildirib.
Alpər