Xəbər lenti

Facebook-a foto yükləmək haramdır - Mütfi
Dünya12:09 13.08.2013

Facebook-a foto yükləmək haramdır - Mütfi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanlı müfti Halim Firaqani Mahli qadınların Facebook-da foto yükləmələrinin İslama zidd olduğunu söyləyib. 

Qaynar.info xəbər verir ki, müsəlman qadınların sosial şəbəkələrdən uzaq durmasının vacibliyini xatırladan müfti Facebook-a foto yükləməyin haram olduğunu deyib. 

"İslama görə, qadınlar üzlərini ailələrindəki kişilərdən başqa heç kimə göstərə bilməz. Biz liberalıq və Taliban düşüncəsi daşımırıq" deyən Mahli gənclərə də belə tövsiyyələr verib: "Bəzən gənclər Facebook, Tvitter hesablarını açıb-açmamalarını soruşurlar. Onlara icazə veririk, amma şəriət qanunları qadınların internetə foto yükləməyinə icazə vermir". 

Qaynar.info