Xəbər lenti

“Facebook” bina tikir
Dünya06:46 07.10.2013

“Facebook” bina tikir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Anton Menlo” kompleksinin özəlliyi port-bar və ev heyvanlarına qayğı göstərilməsi üçün yerin nəzərdə tutulmasıdır


Dünyanın nəhəng “Facebook” sosial şəbəkəsi əməkdaşları üçün Kaliforniya ştatında yaşayış kompleksi inşa edəcək. ANS PRESS-in verdiyi məlumata görə, “Facebook” yerli layihə-tikinti şirkəti ilə birlikdə icarəyə götürülən 394 mənzildən ibarət yaşayış kompleksi tikəcək. Sahəsi 58,5 min kvadratmetrə yaxın olan “Anton Menlo” kompleksinin özəlliklərindən biri orada port-bar və ev heyvanlarına qayğı göstərilməsi üçün yerin nəzərdə tutulmasındadır. Layihənin qiyməti 120 milyon dollar qiymətləndirilir.

Şəbəkə nümayəndələrinin sözlərinə görə, yaşayış kompleksinin inşası əməkdaşların işi tərk etməməsi üçün başlıca səbəb deyil. “Əlbəttə, biz şirkətin mənzil-qərargahının yaxınlığında yeni yaşayış variantlarının yaradılmasına şadıq, lakin hesab edirik ki, insanlar “Facebook”da bizim missiyamıza inandıqları üçün çalışır”, - sosial şəbəkə nümayəndəsi bildirib. Kompleksdə şirkətin Menlo-Park şəhərindəki mənzil-qərargahında çalışan əməkdaşların təxminən 10 faizi məskunlaşa biləcək.

Qeyd edək ki, “Facebook” əməkdaşların əməkhaqqı ilə yanaşı, mükafatlandırılması məsələsinə də tam ciddi və yaradıcılıqla yanaşan ABŞ-ın texnoloji şirkətlərindən biridir.

Qaynar.info