Xəbər lenti

Facebook bundan imtina edəcək
Dünya13:00 26.11.2014

Facebook bundan imtina edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Facebook bundan imtina edəcək.

Facebook sosial şəbəkəsi Messenger-dən imtina edəcək.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkə istifadəçilərdən gələn şikayətləri nəzərə alıb. Facebook mobil tətbiqdən ayırdığı Messenger-i təkrar tətbiqin içinə daxil etməyi planlaşdırır.

Messenger rahat bir tətbiq olsa da dəyişiklik bir çox istifadəçi üçün çətinlik yaradır. 

Əgər texniki göstəriciləri yüksək olan yeni bir telefon və ya planşet sahibsinizsə Facebook Messenger cihasınızda problemsiz çalışacaq. Ancaq göstəriciləri zəif olan mobil cihazlarda mesajlaşmaq üçün Facebook-dan başqa əlavə tətbiq quraşdırılması problem yaradır. 

Facebook nəhayət istifadəçilərin şikayətlərinə qulaq verib. Sosial media nəhəngi edəcəyi son dəyişikliklə Facebook Messengeri yenidən mobil tətbiqinə daxil edəcək. Yəni, şirkət istifadəçilərə Facebook tətbiqi vasitəsi ilə mesajlaşmağa imkan yaradacaq. 

Yeni dəyişikliyin yaxın bir zamanda tətbiq ediləcəyi gözlənilir.

Qaynar.info