
Facebook yeni Home tətbiqi üçün ilk televiziya reklamı ortaya çıxdı.
Qaynar info-nun məlumatına görə "Airplane" - "Təyyarə" adlanan reklamda işgüzar səfərdə olan bir nəfər və "onunla birlikdə gələn dostlar"dan bəhs edirlir.
Reklamda Facebook-un "Home" tətbiqi ilə bərabər HTC First telefonu da görünür.
Qeyd edək ki, aprelin 12-dən etibarən "Home" Google Play-dən yüklənməyə təqdim olunacaq. Və eyni zamanda HTC First telefonuda rəsmi olaraq satışa çıxarılacaq.
Qaynar.info