
ABŞ Dövlət Departamentinin beynəlxalq informasiya proqramları bürosu iki il ərzində özünün Facebook-da reklamına 600 min dollar pul xərcləyib.
Qaynar.info-nun məlumatına görə, reklam hesabına Dövlət Departamenti öz səhifəsinin "like"larını artırmaq istəyib.
Məhz buna görə, 2011-ci ilin martından 2013-cü ilə kimi səhifəni bəyənənlərin sayı 100 mindən 2 milyona qalxıb.
Lakin Departamentin apardığı araşdırma zamanı məlum olub ki, səhifəni yeni bəyənənlər aktiv üzvlər deyil. Yəni səhifəni əsasən gənclər bəyənir və onlar da oradakı statuslarda fəal iştirak etmirlər.
Qaynar.info