Xəbər lenti

Facebook səhifələri ləğv olur? - ŞOK QƏRAR
Dünya12:22 14.08.2014

Facebook səhifələri ləğv olur? - ŞOK QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhifələrin paylaşımları, məzmunları ilə tanış olmaq, şərh yazmaq üçün səhifəni bəyənməyə ehtiyyac olmayacaq

Qaynar.info AzadlıqRadiosuna istinadla xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsi Facebook öz iş prinsipində müəyyən dəyişiklik etməyə hazırlaşır.

Bildiyimiz kimi, Facebook-da səhifələrin paylaşımları, məzmunları ilə tanış olmaq, şərh yazmaq üçün səhifəni bəyənmək məcburiyyətindəyik. Facebook hesab edir ki, bu durum istifadəçilərə sosial şəbəkənin imkanlarından zövq almağa qoymur. Eyni zamanda bu məsələ səhifə sahiblərinə də mənfi təsir göstərir. Xüsusilə, müəyyən brend səhifələrin bir-biri ilə «like» rəqabətinə girməsi Facebook rəhbərliyini narahat edir.

Bu vəziyyəti aradan qaldırmaq üçün Facebook 5 noyabr 2014-cü il tarixindən səhifə bəyənmə sistemini aradan qaldıracağını açıqlayıb. Bununla bağlı istifadəçilərdən çox şikayət gəlməməsi də, istifadəçilərin durumdan məmnunluq duyacağı kimi yozulur.

Qaynar.info