Xəbər lenti

“Facebook” şərhinə görə yarım milyon dollar cərimələndi
Dünya14:04 03.04.2017

“Facebook” şərhinə görə yarım milyon dollar cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-in Şimali Karolina ştatında qadın, onun heysiyyətinə toxunduğu üçün bir kişini məhkəməyə verib.

İstiPress-in “The Telegraph”a istinadən verdiyi xəbərə görə, məhkəmə kişini nə az, nə çox düz 500 min dollar (862 min 200 manat) məbləğində cərimə edib.  

Buna səbəb isə qadının illər öncə evindəki silahla səhvən oğlunu vurması ilə bağlı yazdığı “Facebook” statusuna, bir nəfərin şərh yazması olub. Yəni bu şərh sözün əsl mənasında kişinin başına bəla açıb. Şərhdə isə deyilir: “Oğlunu özün öldürdün”!

Şərhdən qəzəblənən qadın Davin Dialı məhkəməyə verib. Məhkəmə isə onu rekord pul cəzası – yarım milyon dollar məbləğində cəzalandırıb. 

Qaynar.Az