Xəbər lenti

“Facebook”un daha bir zərəri
Ekonomiks05:19 15.08.2013

“Facebook”un daha bir zərəri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Miçiqan Universitetinin professorlarından Ethan Kross və qrupunun apardığı araşdırma “Facebook” sosial şəbəkəsi ilə bağlı maraqlı nəticələri üzə çıxarıb. 

Anspress-in məlumatına görə, araşdırma "Plos" adlı jurnalda yayımlanıb.

Araşdırmaya görə, “Facebook” istifadəçiləri, sosial şəbəkələrdən istifadə etməyənlərə nisbətən daha az xoşbəxtdirlər. Sosial şəbəkələrin insanın ruh yüksəkliyinə mənfi təsir etdiyi bildirilib. 

Araşdırma zamanı elm adamları “Facebook”da qeydiyyatdan keçmiş 82 nəfər gəncə 2 həftə ərzində hər gün 5 mesaj göndəriblər. Bu şəxslərdən özlərini necə hiss etdikləri, gün ərzində “Facebook”a nə qədər vaxt sərf etdikləri və başqaları ilə neçə dəfə "birbaşa" ünsiyyət qurduqlarını soruşulub. 

Nəticədə məluç olub ki, aktiv “Facebook” istifadəçiləri özlərini daha bədbəxt hiss edirlər. 

2 həftənin sonunda, araşdırmada iştirak edən və bu müddət ərzində “Facebook”dan aktiv istifadə edən gənclərin özlərini daha az xoşbəxt hiss etdikləri, başqaları ilə üz-üzə görüşən və birbaşa ünsiyyət quranların isə daha xoşbəxt olduqları məlum olub. 

Özlərini tənha hiss edənlərin “Facebook”da daha çox vaxt keçirdikləri də vurğulanıb. 

Qaynar.info