Xəbər lenti

Faciə baş verən mədəndən ilk hesabat
Dünya07:59 17.05.2014

Faciə baş verən mədəndən ilk hesabat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Somada faciə baş verən mədəndə araşdırma aparan əmək təhlükəsizliyinin işçisi əskikləri nazirliyə təqdim edib. 

Avropa.info-nun məlumatına görə, Somada 299 nəfərin öldüyü mədəndə araşdırmaların ilk nəticələri məlum olub. Əmək Müfəttişliyinin 3 müfəttişi dünən Somadakı mədəndə araşdırma aparıb. Onların tələbləri ilə yanlarına bir yüksək səviyyəli texniki təlimat mütəxəsisi və mədən mühəndisi verilib. Mütəxəssis apardığı araşdırmanın nəticəsini müfəttişlərə təqdim edib. 

Hesabatda bildirilir ki, karbon-monoksid ölçən cihazların lazımı sıxlıqda yerləşdirilməməsi faciənin daha ağır fəsadlara yol açmasına səbəb olub. Əgər bu cihazlar kifayət qədər olsaydı, altdan-altdan yanan kömürün buraxdığı qaz vaxtında bilinərdi. Yanan bölgəyə dəmir həsir qoyularaq betonla üstü bağlanardı. Ağaclar yanmaz və mədən çökməzdi. Həmçinin tavanda bol-bol ağacdan istifadə olunduğu da hesabatda yer alıb. 

Beləliklə, ilk hesabata görə, kömür yanaraq bir iki metr yuxarı çıxıb. Tavan da taxtadan olduğu üçün yanmağa başlayıb və yeri boşalıb. Bununla da mədən çöküb. Çıxan qaz və tüstüdən işçilər zəhərlənib.

Qaynar.info