Xəbər lenti

Fahişə "oxucu" həbs edildi - FOTO
Dünya09:35 18.06.2014

Fahişə "oxucu" həbs edildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fahişə gənc qadın heç kimin gözləmədiyi bir yerdə-kitabxanada həbs edilib. 

Anspress-in məlumatına görə, Amerikanın Massaçusets ştatının Tyuksberi şəhərində polislərə kitabxanaların birində bir qadının fahişəliklə pul qazandığı barədə məlumat daxil olub. 

Daxil olan məlumatda oxuculardan birinin müştəriləri ilə məhz kitabxanada tanış olduğunu və öz seks-xidmətlərini təklif etdiyini bildirilib. 

Polis əməkdaşlarından biri məlumatı aldıqdan sonra sıradan bir oxucu qismində kitabxanaya yollanıb. Fahişə yeni oxucunu görən kimi onunla tanış olmaq qərarına gəlib. Qadın məktub yazaraq ona ötürüb və müştərisinin ona cavab yaza bilməsi üçün qələm və kağız da verib. 

Qadın öz xidmətinin 60 dollara təklif etdikdə dərhal həbs edilib. 

Тyuksberidə əvvəllər də kitabxanada fahişəxanalıq fəaliyyəti göstərən kitabxana aşkarlanıb. 2013-cü ildə internetdə elan verən kişi həbs edilib. O, kitabxananın tualetində seks-xidmət göstərməyi təklif etmişdi.

Qaynar.info