Xəbər lenti

Fahişələrin Gürcüstandakı qanlı macəraları
Dünya05:31 25.07.2013

Fahişələrin Gürcüstandakı qanlı macəraları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 3-də Gürcüstanın Acarıstan vilayətindəki meşələrin birində naməlum qadın meyiti aşkar edilmişdi. 

Qaynar.info-nun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalardan sonra həmin qadının Özbəkistan vətəndaşı Rayxon Kurambayeva olduğu üzə çıxıb. 

Gürcüstan polisi hadisə ilə bağlı cinayət işi qaldırıb və şübhəli bilinən iki nəfər saxlanılıb. Məlum olub ki, Kurambayeva Batumidəki "Arena" klubunda işləyirmiş və fahişəliklə məşğul imiş. Qaldığı evi isə özbək qadınları fahişəliyə cəlb etməklə pul qazanan başqa bir Özbəkistan vətəndaşı Nəzgiz Bəyim Rəhmanova kirayələyib. 

Rəhmanova bu müddət ərzində Kurambayevanı "Arena" klubuna göndərib və onun cinsi istismarı sayəsində 3000 dollara yaxın pul qazanıb. Kurambayevanın qaçmaq istəyi isə onun ölümü ilə nəticələnib. 

Kurambayevanın öldürülməsi üçün Rəhmanova iki nəfərə 2000 dollar pul verib. Onların hər ikisi saxlanılıb. Həmçinin, həmin işdə iştirak etmiş taksi sürücüsü də polis tərəfindən istintaqa cəlb olunub. 

Qaynar.info