Xəbər lenti

Fahişəliyə qarşı qanun QƏBUL EDİLDİ
Dünya19:42 19.11.2013

Fahişəliyə qarşı qanun QƏBUL EDİLDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Məclisində müzakirəyə çıxarılan və ölkədə səs-küyə səbəb olan fahişəliyin yayılmasının qarşısını alacaq qanun təklifi nəhəyət bu gün qəbul edildi.

ANS PRESS-in "Frans-Press" agentliyinə istinadən verdiyi məlumata görə, sosialist yönümlü deputatlar tərəfindən irəli sürülən qanun təklifi, fahişəlik üçün pul ödəyənlərin 1500 avro məbləğində cəzalandırılmasını nəzərdə tutur. Əgər cinayət təkrar baş verərsə, o zaman bu cəza 3 min avroya qədər qalxacaq.

Qanuna əlavə dəyişikliyin edilməsi təklifi, xüsusilə kiçik yaşda fahişəliyə cəlb olunan, çətinlik çəkən qadınlara mənzil və maliyyə dəstəyi kimi yardımların edilməsini nəzərdə tutur.

Qeyd edək ki, bu ölkədə fahişələrin müştərilərinə cəza verilməsini nəzərdə tutan qanun təklifi əleyhinə başlayan imza kampaniyasına başda erməni müğənni Çarles Aznavur və kino aktyoru Katerina Deneuve də olmaqla, 70-dən çox sənətçi dəstək verib.


Qaynar.info