Xəbər lenti

Faiq Ağayev və Mir Yusifə dəvət: İslanmaq sırası onlarda - VİDEO
Ölkə09:29 20.08.2014

Faiq Ağayev və Mir Yusifə dəvət: İslanmaq sırası onlarda - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mark Zukerberqin başladığı #IceBucketChallenge online xeyriyyə aksiyası artıq Azərbaycanda da yayılmağa başladı.

365.Az xəbər verir ki, ötən gün ilk olaraq KSM Azərbaycan və Shopera.az şirkətlərinin rəhbəri Rəşad Camal  tərəfindən başladılan aksiyada challenge edilən Lalə Zeynalova estafeti qəbul edib. Lalə xanım isə öz növbəsində Faiq Agayev, Miri Yusif, Feliks Vişnevetski, Cavad Həsənzadə və Zərifə Quliyevanı aksiyaya dəvət edib.

Nəzərinizə çatdıraq ki, Mark Zukerberqin başladığı  bu onlayn aksiya sinir xəstəliyi olan ALS-ə diqqət çəkmək məqsədi ilə keçirilir. Xeyriyyə aksiyasında iştirak edən hər kəs özündən sonrakı insanların adını çəkməlidir. 24 saat ərzində bu aksiyaya qoşulmasalar xeyriyyə üçün 100 dollarlıq ianə etməli olacaqlar.

#IceBucketChallenge həştəqi ilə edilən paylaşımlar təkcə Twitter-də 128 minə çataraq 1 milliyon dollar məbləğində vəsait  toplayıb.

Markdan sonra  Apple, Microsoft və digər şirkətlərin rəhbərlərinin qoşulduğu  aksiyaya Azərbaycandan  ilk olaraq KSM Azərbaycan və Shopera.az şirkətlərinin rəhbəri Rəşad Camal qoşulub.

Qaynar.info

HƏMÇİNİN OXU:

Emin Ağalarov da #IceBucketChallenge -ə qoşuldu - VİDEO

Shopera.az CEO-su Rəşad Camal da bu layihəyə qoşuldu - VİDEO