Xəbər lenti

Fanatları ilə evlənən məhşurlar - MARAQLI TƏSADÜFLƏR!
Dünya09:05 27.07.2016

Fanatları ilə evlənən məhşurlar - MARAQLI TƏSADÜFLƏR!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fanatlıq anlayışı, plotonik sevgi anlayışı kimi bir şeydir. Bu sevgi bəzən normal sevgidən yüksək olur. Sevdiyi müğənniyə, modelə, aktyora aşiq olan fanatlar həyatlarını onlarsız düşünə bilmirlər. 

Təbii ki, fanatların böyük arzularından  biri onları sevdikləri qəhrəmanlarını qucaqlamaq, şəkil çəkdirmək və bəziləri isə mümkün olarsa evlənmək olur. 

"Qaynarinfo.Az" fanatları ilə evlənən məhşurları araşdırıb: 

İlk öncə Türkiyənin meqstarı Tarkanla başlayaq. 

Megastar Tarkan ilk öncələr fanatı olan Dilek Pınarla 2010 -ci ildə bir konsertdə foto çəkdirib. Hər şey bu fotodan başlayıb. Tez-tez konsertlərdə bir araya gələn cütlük arasında qısa zamanda dostluq münasibətləri formalaşıb. Zamanla bu dostluq sevgiyə çevirilib. Və nəhayət cütlük, 9 aprel cümə günü Tarkanın Tarabyadakı lüks villasının bağçasında reallaşan toy mərasimi ilə evlilər siyahısına adını yazdırıb. 

Ebru Şallı və Harun Tan 

Məhşur idman müəllimi Ebru Şallı, Harun Tanın planlaşdırdığı bir oyun sayəsində tanış olublar. Cütlük çəkliş əsnasında yaxınlaşmağa başlayıb və zamanla bu münasibət sevgiyə çevrilib.  

Ozan Doğulu və Ece Yosmanoğlu 

Cütlük bir-birlərindən xəbərsiz getdikləri Sezen Aksu konsertinin kulisində tanış olublar. Və bu tanışlığın da sonu nigahla yekunlaşıb.

Anıl İlter və  İpək İlter 

Bu cütlüyün tanışlığı olduqca maraqlıdır. İpək İlter yaraşıqlı oyunçu Anıl İlteri "Öyle Bir Geçer Zaman Ki" serialının anonsunda görüb, ardında sosial medyadan "Bu adamla evlənəcəyəm" deyə mesaj göndərib. İpəyin mesaja cavab verən Anıl İlter gözəl bir eşqin təməlini atmış olur. 

Burak Hakkı və Səma Şimşek

Cütlüyün ilk qarşılaşmaları iştirak etdikləri bir açılışda reallaşıb. Daha sonrasında təsadüf nəticəsində qatıldıqları Best Model yarışmasında bir araya gəliblər. Zamanla bir-birlərini təsadüflər nəticəsində görən cütlüyün münasibəti sevgiyə dönüb və 1998 -ci ildə onlar da adlarını evlilər siyahısına yazdırdı.  

Qaynarinfo.Az