
Qaynar.info-nun verdiyi xəbərə görə, Türkiyədə baş tutan oyunda Qalatasaray 1-6 hesabı ilə məğlub olub.
Oyundan sonra media qarşısına çıxan Qalatasarayın baş məşqçisi Fatih Terim məğlubiyyətə görə üzr istəyib: "Deyə biləcəyimiz bir şey var. Ağır şəkildə məğlub olduq. Oyunun ilk 32 dəqiqəsinə qədər rəqibin heç bir şansı yox idi, ancaq biz 3-4 dəfə qol şansı qazandıq və vura bilmədik. Real Madridə qarşı başqa necə oynamaq olar ki?!
Az da olsa, daha çox qol ola bilərdi. Yazıq... Həqiqətən bizə yazıq. Belə bir oyunda ancaq öz səhvlərinə görə belə duruma düşmək olar.
Nəticə olaraq hər kəsdən üzr istəyirəm. Bütün günah mənimdir. Oyunçular bizə lazımdır. Bu qədər gözəl aura, bu qədər gözəl xreoqrafiya... Bunların hamısını bir yerdə düşünəndə üzr istəyirəm. Bəzən əlinizdən gələn bir şey olmur".
Qaynar.info