Xəbər lenti

Fazil Qasımov məhkəmədə özündən getdi - Proses yarımçıq saxlanıldı
Ölkə 12:40 05.12.2024

Fazil Qasımov məhkəmədə özündən getdi - Proses yarımçıq saxlanıldı

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun məhkəməsi davam edir.

"Qafqazinfo”nun məlumatına görə, ilk baxış iclasında prokuror ittiham aktını elan edib.

İttihamın elanı bitən kimi Fazil Qasımov şüşə qəfəs arxasında özündən gedib. O, konvoyun köməyi ilə zaldan çıxarılıb.

Sədrlik edən hakim Mahirə Kərimova prosesi yarımçıq saxlayıb. İclasın davam edib-etməyəcəyi hələ ki bilinmir.

Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövrü müddətində sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->