
"Düşərgəyə terror hücumu zamanı nazirliyinin göstərişi ilə azərbaycanlı idmançıların təhlükəsizliyini təmin edilib"
Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu ünvanlayıb.
Federasiyadan Anspress-ə verilən məlumata görə, məktubda Azərbaycan Alpinizm Federasiyası tarixdə ilk milli ekspedisiya kimi Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş Himalay dağlarına, Pakistan İslam Respublikasının ərazisində yerləşən dünyanın 9-cu ən hündür zirvəsi olan Nanqa Parbat (8125 m) zirvəsinə ekspedisiya təşkil etdiyi qeyd edilib.
"Sözügedən ekspedisiya zamanı baza düşərgəsinə terror hücumu olub və 11 nəfər xarici alpinist öldürülüb. Xoşbəxtlikdən həmin vaxt Azərbaycan alpinistləri 6100 m hündürlükdə olmuş və heç bir xəsarət almayıblar.
Azərbaycan vətəndaşlarının təhlükəsiz təxliyə edilməsi üçün ölkəmizin Xarici İşlər Nazirliyinin göstərişi ilə Pakistandakı səfirliyimizin əməkdaşları yerli orqanlar və silahlı qüvvələrlə birlikdə alpinistlərin təxliyə əməliyyatını uğurla həyata keçirmiş və vətəndaşlarımızın təhlükəsizliyini təmin edib.
Azərbaycan Alpinizm Federasiyası belə çətin vəziyyətdə alpinistlərə göstərdiyi köməyə görə xarici işlər naziri Elmar Məmmədyarova, ölkəmizin Pakistandakı Səfiri D.Şikarova, səfirliyin digər əməkdaşlarına və ümumilikdə bütün XİN əməkdaşlarına dərin minnətdarlığını bildirmiş və gələcək fəaliyyətdə uğurlar arzu edib".