Xəbər lenti

Fəhlələr zavod direktorunu girov götürdülər
Dünya11:39 07.01.2014

Fəhlələr zavod direktorunu girov götürdülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada "Goodyear" şirkətinin şin istehsalı zavodunun işçiləri bir sutkadır müəssisənin direktor və köməkçisini girov götürüblər.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, işçilər kütləvi işdən qovulma təhlükəsinin olmasından narazılıq edirlər.

Zavod işçilərinin sözlərinə görə, işdən azadetmə ilə bağlı plana yenidən baxılmayanadək rəhbərlik bağlı şəraitdə saxlanılacaq. Söhbət təqribən 1200 iş yerindən gedir.

Şirkətin baş ofisindən bildiriblər ki, rəhbərlik saxlanılanadək işçilərlə heç bir danışıq aparılmayacaq.

Qaynar.info