Xəbər lenti

Dünya 11:18 20.10.2023

Fələstinə dəstək verən futbolçu Almaniyadan qovulacaq?

"Bavariya"nın futbolçusunun Fələstinə dəstək verdiyi üçün Almaniyadan deportasiya edilib-edilməyəcəyi məlum olub

Bavariyanın daxili işlər naziri Yoahim Herrmann Xristian Demokratlar İttifaqından olan iki Bundestaq deputatının "Bavariya"nın futbolçusu Nussair Mazraouini sosial şəbəkələrdə Fələstinə dəstək yazısına görə ölkədən deportasiya etmək çağırışına cavab verib.

Qaynarinfo xəbər verir ki, nazir bunun indiki halda mümkün olmadığını bildirib.

"Bir qayda olaraq, deportasiya yalnız yaşamaq hüququnuz olduqda və ağır cinayətlər törətdikdə mümkündür. Buna görə də "Bavariya" klubu bu məsələ ilə özü məşğul olmalıdır", deyə Yoahim Hermann bildirib.

25 yaşlı müdafiəçi sosial şəbəkələrdə Fələstin xalqını dəstəkləyən mesaj yayımlayıb və "Biz birlikdə güclüyük" sözlərini yazıb.

Bu mövsüm Nussair Mazraoui Münhen klubunun heyətində 9 oyun keçirib və iki məhsuldar ötürmə edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->