Xəbər lenti

Fələstinin Ermənistanda səfirlik açması xəbərinə rəsmi münasibət
Ölkə13:21 22.08.2015

Fələstinin Ermənistanda səfirlik açması xəbərinə rəsmi münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstinin Azərbaycandakı səfirliyi bu ölkənin Ermənistanda səfirlik açması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 
Səfirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, Fələstinin Ermənistanda səfirlik açması ilə bağlı yayılan məlumatlar araşdırılıb. 
Səfirlikdən bildirilib ki, bu xəbər rəsmi olaraq təsdiqlənməyib və yalan məlumatdır: "Yeni səfirlik açılanda bununla bağlı Fələstin Xarici İşlər Nazirliyi ve Prezident Administrasiyası bizə məlumat verir".
Qaynar.info