Xəbər lenti

Fələstinli gənclər Obama ilə məzələndi
Dünya11:18 13.03.2013

Fələstinli gənclər Obama ilə məzələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fələstinli gənclər ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq səfərinə orijinal plakatlarla hazırlaşırlar.

Gənclər Obamanın keçəcəyi Qüds-Ramallah yolunun kənarlarına İsrailin Fələstin xalqına qarşı zülmlərini əks etdirən afişalar asıblar.

Plakatların birində isə "Obama, ağıllı telefonunu Ramallaha gətirmə, Fələstində 3G texnologiyası yoxdur" yazılıb. Nəhəng bilboardlardan biri Obamanın ziyarət etməsi gözlənilin Fələstin hökumət binasının yaxınlığına, digəri isə Nablus prospektindəki bir binaya yapışdırılıb.

Plakatı hazırlayan Mahir Alani verdiyi açıqlamada gənclərin Obamanın "Amerikalılar "BlackBerry"siz yaşaya bilməz" sözlərini xatırladaraq belə bir mesaj vermək, eyni zamanda İsrailin Fələstin torpaqlarında 3G texnologiyasına icazə verməməsinə diqqət çəkmək istədiklərini söyləyib.

İsrail ordusunun nəzarət-buraxılış məntəqələriylə fələstinlilərin hərəkətinə mane olmasına da diqqət çəkən Alani "Obamaya sosial media vasitəsilə Ramallaha gəldiyi təqdirdə Fələstinin dövlət başçısı Mahmud Abbasla görüşdən əvvəl 2 saat Kalandiya sərhəd qapısında gözləyəcəyini xatırladan mesajımız da var" deyib.

Qaynar.info