
İsrail Ordu radiosu silahlı fələstinlinin Qərbi Şəriə bölgəsində yəhudilərin məskunlaşdığı bölgəyə hücum təşkil etməsi barədə xəbər yayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, mühafizə polislərinə edilən hücum nəticəsində 3 yəhudi öldürülüb, 4 nəfər isə yaralanıb.
Qeyd edək ki, bir neçə ay əvvəl də bir fələstinli hücum edərək 3 İsrail polisini öldürmüş, hadisədən sonra Əl Əqsa məscidinə giriş qadağan edilmiş və İsrail höküməti və fələstinlilər arasında ciddi qarşıdurma yaşanmışdı.
Gülşən
Qaynarinfo.Az