Xəbər lenti

İdman 13:44 06.05.2026

"Fənərbağça"nın prezidentliyinə namizəd oldu

"Fənərbağça”nın keçmiş prezidentlərindən olan Aziz Yıldırım klubun növbədənkənar seçkili ümumi qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə yerli mətbuata danışıb.

Yıldırım prezident seçkilərində namizəd olan Barış Göktürk və Hakan Safi kimi şəxslərə onunla birləşməyi təklif edib.

Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə "Fənərbağça”nın prezidenti vəzifəsini icra edib.
--> -->