"Fənərbağça" - "Trabzonspor" matçında Trezegeyə tüpürdüyü iddia edilən Samet Akaydının cəzalandırılmasına İstanbul təmsilçisi kəskin etirazını bildirib.
Qaynarinfo xəbər verir ki, klub məsələ ilə bağlı rəsmi saytları vasitəsilə bəyanat yayıb. "Fənərbağça" tərəfi açıqlaamsında futbolçunun tüpürmədiyini və bunun açıq-aşkar şəkildə videotəkrarda göründüyü bildirilib.
"TFF Hüquq Məsləhətçiliyinin futbolçumuz Samet Akaydının belə hərəkət etməməsinin açıq şəkildə sübuta yetirilməsinə baxmayaraq, sosial mediada manipulyasiya olaraq yayımlanan videogürüntüyə görə yaranan təsəvvür nəticəsində, onu Peşəkar Futbol İntizam Şurasına yönləndirməsi Türkiyə futbolu üçün tarixi skandaldır.
Bu, rahat və mehriban şəraitdə keçən qarşılaşmada Trabzonda doğulmuş, "Trabzonspor"da böyümüş və millimizin formasını geyinmiş futbolçunun heç bir oyunda yer almayan qeyri-real gündəm əsasında ictimaiyyətin böhtan atmasının və TFF-nin "Fənərbağça"ya baxışının ən açıq göstəricisidir.
"Fənərbağça" İdman Klubu olaraq başda bu qərarı imzalayan TFF Hüquq Məsləhətçiliyi başda olmaqla, Federasiyanın "çətiri" altında çalışan hər bir məmuru bu qanunsuzluğun dərhal həll olunmasına çağırırıq".
Səbuhi Həsənov
Şərhlər