Xəbər lenti

İdman 10:48 28.03.2024

"Fənərbağça" Super Liqada qalmayacaq - Ali Koç 3 variant açıqladı

Türkiyənin "Fənərbağça" klubu aprelin 2-də keçiriləcək növbədənkənar ümumi qurultayda üç variantı gündəmə gətirəcək.

Qaynarinfo "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç jurnalistlərlə söhbət zamanı deyib.

Klub rəhbəri sponsor şirkətlərlə görüşdüklərini və klubun strategiyası ilə bağlı razılıq aldıqlarını bildirib. O, variantların aşağı liqaya düşmək, futbol fəaliyyətini bir müddət dayandırmaq və ya ölkə xaricində çıxış etmək olduğunu bildirib.

Ali Koç bunun aprelin 2-də dəqiqləşəcəyini vurğulayıb: "Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm. Amma heç bir şey olmamış kimi davranmayacağımıza zəmanət verirəm".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->