Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə qarşılacaq İstanbulun "Fənərbaxça" klubu Ukrayna millisinin və "Dnepr-1"-in hücumçusu Artem Dovbiki transfer etmək niyyətindədir.
Mənbənin sözlərinə görə, yeni baş məşqçi Xorxe Xesusun gəlişi ilə klub hücum xəttini gücləndirmək niyyətindədir.
"Fənərbaxça”da bu mövqeyə məhz Dovbikin uyğun olduğuna inanırlar və futbolçunun özü də "Dnepr-1”-dən ayrılmağa etiraz etmir.
Çox güman ki, Dovbik İstanbul klubuna iyulun 1-7-nə planlaşdırılan Avstriyadakı təlim-məşq toplanışında qatılacaq.
Nizami Bağırov