Xəbər lenti

“Fərarilər güllələnsin!” parlamentdən Qərar
Dünya15:46 05.02.2015

“Fərarilər güllələnsin!” parlamentdən Qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Ali Radası fərarilərə qarşı silah tətbiq etməyə icazə verən qanun qəbul edib.

Qaynar.info Publika.az-a istinadən xəbər verir ki, müvafiq sənəd Ali Radanın saytında yerləşdirilib.

Sənədə görə, əgər digər üsullarla bu cür cinayətkar əməllərinin qarşısını almaq mümkün deyilsə, fərarilərə qarşı silahdan istifadə etmək olar.

Sözügedən qanun layihəsinin müəllifləri keçmiş prezident administrasiyasının başçısı Sergey Paşinski, batalyon komandirləri Andrey Teteruk və Yuri Berezadır. Xüsusi qeyddə bildirilir ki, qanun “xüsusi dövrdə qanun-qaydanın saxlanılması” üçün lazımdır.

Qaynar.info