İdman 10:41 20.05.2022

Fərid Qayıbov yerli idarələrin qarşısına şərt qoydu

Mayın 19-da gənclər və idman naziri Fərid Qayıbov respublikamızın rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşüb.
 
Nazirliyin məbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə yerli idarələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan nazir onlara gənclər evləri, olimpiya idman kompleksləri və digər təşkilatlarla daha sıx əməkdaşlıq şəraitində işləməyi tövsiyə edib. Bildirib ki, hər bir idarə öz fəaliyyətini müasir tələblərə uyğun qurmalıdır.

Nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva müvafiq olaraq, idman və gənclər siyasəti sahələrində görülməli işlərlə bağlı fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıblar.
 
Görüş zamanı Qayıbov gənclər və idman idarələrinin rəislərini dinləyib, onların təklifləri və qaldırdıqları məsələlərlə maraqlanıb.
 
Səbuhi Həsənov