Xəbər lenti

Fermer dronla donuz daşımağa çalışarkən bir kəndi işıqsız qoydu (FOTO)
Dünya 18:59 06.02.2026

Fermer dronla donuz daşımağa çalışarkən bir kəndi işıqsız qoydu (FOTO)

Çinin cənub-qərb bölgəsində bir fermer dron vasitəsilə donuz daşımağa çalışarkən kütləvi elektrik kəsintisinə səbəb olub.

Qaynarinfo "South China Morning Post"a istinadən xəbər verir ki, fermer dağlıq, avtomobillə çətin çatılan bir kənddən donuzları daşımaq üçün drondan istifadə edib. İlk donuzu daşıdığı zaman onu bağladığı ip yüksək gərginlikli elektrik xəttinə ilişərək qalıb. Nəticədə dron havada asılı qalıb, xətt isə zədələnib. Fermer hadisəni izah edərkən qeyd edib ki, əməliyyat qaranlıq vaxtda həyata keçirildiyi üçün görmə çətinliyi olub.

Yerli enerji xidməti əməkdaşı bildirib ki, qəza nəticəsində bütün kənddə elektrik kəsilib və bu vəziyyət on saat davam edib. Xəttin bərpası üçün 12 işçi səfərbər olunub. Təmir işlərinin dəyəri təxminən 1400 ABŞ dolları qiymətləndirilir.

Polis hadisəni araşdırmağa başlayıb. İlkin məlumatlara görə, fermer dronun istifadəsi qaydalarını pozmuş, qadağan edilmiş zonada uçuş həyata keçirmiş və cihazı həddindən artıq yükləmiş ola bilər. Qaydaların pozulması təsdiqlənərsə, ona inzibati cəza və elektrik avadanlıqlarına dəyən zərərin ödənilməsi tələbi tətbiq oluna bilər.

Aydın

--> -->