Xəbər lenti

“Fətullah Gülən qayıtsa qiyamət qopar”
Dünya04:18 13.05.2014

“Fətullah Gülən qayıtsa qiyamət qopar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pensilvaniya “Lehigh” universiteti Beynəlxalq Münasibətlər kafedrasının dekanı, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Türkiyə üzrə mütəxəssislərindən Henri Barkey, Fətullah Gülən ekstradisya olunaraq həbs olunacağı təqdirdə Türkiyədə qiyamət qopacağını deyib.

ANS PRESS-in xəbərinə görə, Barkey bu barədə Amerikada açıqlama verib.

“Mən hesab etmirəm ki, o özü bunu istəyir. Çünki Gülən qayıtsa böyük bir istiqrarsızlıq yaranar. Fikirləşin ki, Gülən geri qayıtdı və onu həbs etdilər. Bu o deməkdir ki, Türkiyədə qiyamət qopacaq. Türkiyə onsuz da qütbləşmə olan bir ölkədir. Bu hadisədən sonra qütbləşmə daha da dərinləşəcək. Bu, yüzlərlə, minlərlə insanın həbs olunması deməkdir. Məncə hədəf göz qorxutmaqdır. Ərdoğan “Xidmət”dən o qədər qorxurmu ki, bu qədər böyük risklərə girir? Bunu başa düşmürəm. “Xidmət” hərəkatını qorxutmaq onun üçün niyə bu qədər əhəmiyyətlidir? Bu sual mənə çox maraqlıdır”.

Qaynar.info