
“Bu çətin anlarımızda jurnalistlər diqqətli olmalıdırlar”
“Türkiyə çox çətin anlarda problemləri həll edə bilib. Çox acı məqamlar yaşamışıq. Gənclərin küçələrdə ac-acına döyüşdüyü vaxtlar vardı. O vaxtlar ki, fərqli siyasi qüvvələr ölkəmizi bölmək istəyirdi. Ölkəmizi dini, irqi və siyasi baxımdan bölmək istəyənləri susdura bildik”.
Bunu "Camaat"ın lideri Fətullah Gülən müsahibəsində deyib. Onun sözlərinə görə, indi də Türkiyəni bölmək arzusunda olan qüvvələr baş qaldırmaq istəyir.
Fətullah Gülən təəssüflə onu da əlavə edib ki, həmin qüvvələr mediadan məharətlə istifadə edir. O, kütləvi informasiya vasitəsinin nümayəndələrinə ismarış da göndərib. O, jurnalistlərə Türkiyə barədə yazılarında diqqətli olmağı məsləhət bilib.
“İndi Türkiyədə kürd, türklər, ələvilər, şiələr, sünnilər və s. kimi təriqətlər arasında nifaq salmaq istəyirlər. Bu çətin anlarımızda jurnalistlər diqqətli olmalıdırlar. Yazdıqları xəbərlərin, materialların mənbələrini yoxlamalıdırlar. Bəzi media orqanları saxta, heç bir mənbəyə əsaslanmayan xəbərlər, məlumatlar yayır. Bu düzgün deyil”, - deyə Fətullah Gülən bildirib./anspress