Xəbər lenti

Fətullah Gülənin daha 2 qohumu tutuldu
Dünya05:44 24.10.2016

Fətullah Gülənin daha 2 qohumu tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin qardaşı uşaqları Hüseyin Gülən və Büşra Gülən saxlanılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində İzmir yaxınlığında tutulublar.

Saxlanılanlar FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda, həmçinin "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Məlum olduğu kimi, Fətullah Gülən şəbəkə üzvlərinə təlimatları "ByLock" əlaqə proqram vasitəsilə göndərirmiş.

Xatırladaq ki, oktyabrın 5-də Sakarya vilayətində Fətullah Gülənin əmisinin nəvəsi Semiha Kabakçı və əri Necmi Kabakçı həbs edilib.

Qaynarinfo.Az