Xəbər lenti

Fətullah Gülənin vəkili Ərdoğanı məhkəməyə verdi
Dünya19:49 03.02.2014

Fətullah Gülənin vəkili Ərdoğanı məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin məhşur dini icma lideri Fətullah Gülən hocaəfəndinin vəkili Nurullah Albayrak baş nazir Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verib.
Ans press “Hürriyet” qəzetinə istinadən bildirir ki, Albayrak baş nazirdən müxtəlif çıxışlarında müvəkkilini təhqir etdiyi üçün 100 min türk lirəsi istəyir.

Nurullah Albayrak Ankaradakı Əsliye məhkəməsinə verdiyi ərizəsində bildirib ki, Rəcəb Tayyib Ərdoğan 17 və 25 dekabrda rüşvətə qarşı keçirilmiş əməliyyat barədə danışarkən aqressiv, bölücü, təhrikedici sözlərlə Fətullah Güləni və onu sevən insanları təhqir edib. Onun sözlərinə görə, Ərdoğan çıxışlarındakı təhqiri gündən günə artırıb və ağıl, məntiq və vicdan ilə izah edilməz səviyyəyə çatdırıb.

“O, çıxışlarında müvəkkilimin adını açıq anmasa da, işarə yolu ilə müvəkkilimi həfəf seçib”,- deyə Nurullah Albayrak baş nazir Rəcəb Tayyib Ərdoğan barədə söyləyib.

Qaynar.info