Xəbər lenti

Fevralın 6-dan sonra Türkiyədə neçə zəlzələ baş verib?
Dünya10:59 07.05.2023

Fevralın 6-dan sonra Türkiyədə neçə zəlzələ baş verib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü ilin fevralından bu yana Türkiyədə 33 mindən çox zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli media AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) istinadən məlumat yayıb.
Bildirilir ki, fevralın 6-dan mayın 6-dək olan müddətdə Türkiyədə 33 077 zəlzələ qeydə alınıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni əsrin fəlakəti adlandırıb. Zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb.
Aydın