Xəbər lenti

Fəxrəddin Altun: “Türkiyə gözləmə otağı olmayacaq”
Siyasət09:42 04.08.2021

Fəxrəddin Altun: “Türkiyə gözləmə otağı olmayacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun ABŞ-ın bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri açıqlamasına "Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq” sözləri ilə reaksiya verib.
Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Bloomberg-ə danışan F.Altun "ABŞ Dövlət Departamentinin bu dövlət tərəfindən  maliyyələşdirilən layihə və təşkilatlarda çalışan bəzi Əfqanıstan vətəndaşlarının üçüncü ölkələrə gedərək ABŞ-dan sığınacaq istəyə biləcəkləriylə bağlı çağırışı bizi çox narahat edir.
Bölgəmizdəki şərtləri və ölkəmizin illərdir 4 milyondan çox qaçqına ev sahibliyi etdiyini nəzərə alsaq, nizamsız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir.
Sərhəd təhlükəsizliyimizi qorumaq üçün bütün gücümüzlə işləməyə davam edəcəyik”, – deyib.