Niderland Erediviziyasında doğma meydanda "Ayaks"ı qəbul edən "Feyenoord" tarixi hesabla qələbə qazanıb.
Qaynarinfo-nun məlumatına görə, yarışın 29-cu turu çərçivəsində "Feyenoord" doğma meydanda əzəli rəqibi "Ayaks"ı qəbul edib. Rəqibi qarşısında möhtəşəm oyun nümayiş etdirən meydan sahibləri 6:0 hesabı ilə qalib gəlib.
"Feyenoord"a tarixi qələbə qazandıran qolları 34, 66-cı dəqiqələrdə İqor Paixao, 35, 56-cı dəqiqələrdə Yankuba Minteh, 45+2-də David Hankko, 62-də isə Kinten Timber rəqib qapısından keçirib.
Bu nəticə ilə "Feyenoord" liqada ikinci pillədəki mövqeyini qoruyub və xallarının sayını 69-a yüksəldib. "Ajaks"ın isə 45 xalı var. Turnir cədvəlində liderlik 78 xal toplayan PSV-yə məxsusdur.
Səbuhi Həsənov
Şərhlər