"Saxta general, saxta Məzlum və saxta Kobani adlı artistlə bağlı nə lazımdırsa, edilir, edilməlidir də. Bunu etməyənlər terroru dəstəkləyən ölkə sayılacaq”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə Hüquqşünaslar Birliyinin (TBB) sədri Mətin Feyzioğlu son vaxtlar ABŞ, İsrail, Rusiya kimi dövlətlərin ən üst yetgililəri tərəfindən dövrəyə soxduğu, PKK liderliyi üçün hazırlanan terrorçu Məzlum Kobani haqda danışarkən deyib.
Feyzioğlu ABŞ-ın dövlət ağlı ilə hərəkət edəcəyi təqdirdə terrorçu Şahini Türkiyəyə verəcəyini bildirib. ABŞ-ın terrorçu Şahini geri verməməsi halında bunun, Türkiyə tərəfindən yeni bir qanunsuzluq kimi qəbul ediləcəyini bildirən sədr "Barış Pınarı” hərəkatındakı irəliləmə ilə ABŞ və Rusiyayla bağladıqalrı razılaşmanı xatırladaraq, artıq siyasi tarazlığın dəyişdiyini qeyd edib.
Feyzioğlu Trampın Ərdoğana yazdığı məlum qeyri-etik məktuba da toxunub:
"Tramp bizə tərbiyəsizcə məktublar yazanda, bir senator bizi təhqir edəndə bəziləri "niyə cavab vermirsiniz” deyə sevinir. Hazırda o qədər məğrur dayanmışıq ki! Hər bir halda daha yuxarıdan baxırıq. İndi deyirsiniz, bir də nə cavab verək? Sən bundan 8 gün əvvələ qədər PKK ilə birgə patrulluq edirdin. Əsgərimlə oraya gəldim, indi mən nəzarət edirəm. Bunlar veriləcək ən böyük cavablardır. Çünki dövlət düşüncəsi ilə hərəkət edirik. Bunu unutmaq lazım deyil. Bizdə məsələlərə fransız olan çoxları var. Gəlin o "fransızlar”a da "bir az bu tərəfə gəlin” deyək. Yadların "Vaşinqton Post”u, "Die Velt”i, "Nyu york Tayms”ı "Türkiyə bacardı” dediyi və öz prezidentlərini göydən yerə vurduğu halda bizim media orqanlarında dünən "savaşa yox” deyənlərin, bu gün "geri çəkilirsiniz, diz çökdünüz” deyə yalan məlumatlar vermələri PKK dövlətinin qurulmasını 8 gündə silindr kimi əzməyimizdən doğur, hirsdən qaynaqlanır, məyusluqdan qaynaqlanır. Onların qəzəbi və məyusluğu türk millətinin xoşbəxtliyi və qələbəsidir”.