Kuba inqilabının liderlərindən olan Fidel Kastronun nəvəsi Toni Kastronun lüks həyatı kubalıların qəzəbinə səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kastro ailəsi ümumilikdə mediadan uzaq həyat tərzi keçirsələr də, nəvə Kastro bu qaydalara çox da əməl etmir. O, çıxdığı lüks turlar və iştirak etdiyi əyləncələrdən görüntülərini tez-tez sosial şəbəkə hesabında paylaşır.
Sevgilisi ilə birlikdə Meksika, İspaniya kimi ölkələrə istirahətə gedən Kastronun paylaşımları isə ölkəsində birmənalı qarşılanmır. Lakin hesabının diqqət çəkməsi səbəbindən tez-tez paylaşımlarını silmək məcburiyyətində qalır. Belə ki, o, lüks BMW avtomobili və yaxtalarda çəkilmiş fotolarını hesabından silib.
Kuba əhalisi ölkədə yoxsulluğun hökm sürdüyü bir dövrdə onun belə lüks həyat tərzi keçirməsinə qarşı etirazlarını bildiriblər. İstifadəçilər "Kommunizmin zəngin uşaqları" adlı teqdən istifadə etməklə onu tənqid edən şərhlər yazmağa davam edirlər.
Qaynarinfo inqilabçı liderin nəvəsinin lüks həyatı ilə bağlı paylaşımlarını sizlərə təqdim edir: