Xəbər lenti

FİFA DÇ-2026-dan rekord gəlir əldə etdi
İdman 14:40 19.07.2026

FİFA DÇ-2026-dan rekord gəlir əldə etdi

FİFA DÇ-2026-dan rekord məbləğdə gəlir əldə edib.

Qaynarinfo xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.

Məlumata görə, dünya çempionatı sözügedən quruma 15 milyard dollar qazanc gətirib. Mənbə FİFA rəhbərliyinin mundialdan öncə təxminən 11 milyard dollar mənfəət proqnozlaşdırdığını vurğulayıb.

Rekord gəlirin əsas səbəblərindən biri bilet satışları və onların rəsmi şəkildə təkrar satışı olub. Təkrar satış zamanı FİFA həm satıcıdan, həm də alıcıdan 15 faiz komissiya tutub.

Bundan başqa, premium qonaqlama paketləri və turnirlə bağlı əlavə xidmətlərdən qazanılan pullar da gəlirin bu səviyyəyə çatmasını şərtləndirib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->