Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, ukraynalı həmkarı Denis Şmıqalla görüşdə Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq niyyətindən danışacaq, çünki bu, III Dünya müharibəsinin başlaması deməkdir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə RTVS telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Ukraynanın baş naziri ilə görüşdə humanitar yardım məsələsini müzakirə edəcək. Fiko həmçinin Ukraynanın Slovakiya ordusundan və ya dövlət anbarlarından heç bir silah almayacağını təsdiqləməyə söz verib.
"Mən deyəcəyəm ki, Ukraynanın NATO-ya üzvlüyünə qarşıyam, veto hüququndan istifadə edib ona mane olacağam, çünki bu, III Dünya çüharibəsinin əsasını təşkil edəcək", deyə baş nazir bildirib.
Ukraynanın Avropa İttifaqına daxil olması barədə danışan Slovakiyanın baş naziri qeyd edib ki, onlar bu addıma hörmətlə yanaşırlar, lakin Kiyev bunun üçün lazım olan bütün şərtləri yerinə yetirməlidir.
Hökumət başçılarının görüşünün yanvarın 24-də Ujqorodda keçirilməsi planlaşdırılır. Fiko qeyd edib ki, Ukrayna tərəfi onun nəticələrinə əsasən mətbuat konfransı keçirməyi planlaşdırmır.
Aydın