Afrika ölkələrinin biri olan Zambiyada aclıqdan əziyyət çəkən əhali fili diri-diri parçalayaraq yeyiblər. Anspress-in “Haberler” saytına istinadən verdiyi məlumata görə, ac insanlar xəstə fili görcək onun üstünə hücum çəkiblər.
Onlar balta, bıçaq və digər kəsici alətlərlə filin dərisini diri-diri soyublar. Daha sonra, ac insanlar fili şaqqalara ayırıblar. Bir çoxu filin ətini elə çiy-çiy yeyib.
Təxmini 1 saat 47 dəqiqə içərisində fili tamamilə parçalayaraq yeyən insanlardan, o boyda cəmdəkdən yalnız sümüklər qalıb. Filin sümüklərindən isə ac itlər bəhrələnib. Qaynar.info