Xəbər lenti

Filippin yeni fəlakətin astanasında: Vonqfonq qasırğası gəlir
Dünya10:52 14.05.2020

Filippin yeni fəlakətin astanasında: Vonqfonq qasırğası gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Filippində sürəti saatda 150 kilometrə çatan və 185 kilometrə qədər çıxması gözlənilən Vonqfonq qasırğası bu gün ölkənin Şərqi Samar bölgəsində San Polikarpio şəhərinin sahillərini vurmağa başlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qasırğanın bazar gününə qədər davam edəcəyi gözlənilir. Digər bir tərəfədən qasırğa səbəbindən əhalinin təxliyə edilib düşərgələrə yerləşdirilməsi isə Kovid-19-a yoluxma narahatlığı yaradır.
Hökumət koronavirus üçün nəzərdə tutulan mərkəzləri indi təxliyə üçün istifadə etmək məcburiyyətində qala biləcəklərini açıqlayıb. Təxminən 80 minə yaxın insanın təhlükəsiz bölgələrə köçürülməsi planlaşdırılır.
"Daha əvvəl 10 məktəb binasından istifadə edirdiksə, indi sosial məsafə qaydalarını gözləmək üçün 20 məktəbə ehtiyac var", - deyə Şimali Samar bölgəsinin qubernatoru açıqlama verib.
Qeyd edək ki, Filippində vaxtaşırı baş verən qasırğalar minlərlə insanın ölümünə səbəb olub. Təkcə 2013-cü ildə baş vermiş Haiyan qasırğası səbəbindən 7 min 300-dən çox insan ölmüş və ya itkin düşmüş, 5 milyondan çox insan isə təbii fəlakətin təsirinə məruz qalmışdı.
Camal